Rusiyaya qarşı yeni Ramşteyn görüşü: 50 ölkə birləşib...

  • By admin
  • 15 İyun 2022 09:37

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iyunun 15-də Brüsseldə keçiriləcək iclasında 50-yə yaxın ölkənin müdafiə nazirliklərinin nümayəndələri iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi, səfir Culian Smit deyib.

O qeyd edib ki, təmas qrupur Rusiyanın işğalı şəraitində Ukrayna Silahlı Qüvvələrinə dəstək verir.

Smitin sözlərinə görə, iclasda Ukraynadakı döyüş meydanlarındakı vəziyyət müzakirə olunacaq. İştirakçılar Ukraynaya yaxın və orta perspektivdə, eləcə də bu müharibədə qələbəni təmin etmək üçün gələcəkdə hansı əlavə hərbi yardım göstərə biləcəklərini müzakirə edəcəklər.

NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Ukrayna Rusiyanın işğalına müqavimət göstərmək üçün NATO ölkələrindən daha çox ağır silahlar almalıdır və bu məsələ bu gün, iyunun 15-də Ramşteyn Əlaqə Qrupu formatında müzakirə olunacaq.

Gununsesi.info