Rusiyaya qarşı yeni sanksiyalar bu gün elan ediləcək

  • By admin
  • 16 Aprel 2018 09:25

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli Rusiyaya qarşı yeni sanksiyaların elan ediləcəyi ilə bağlı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, bu barədə diplomat CBS kanalına müsahibə verib.

Xeylinin sözlərinə görə, yeni sanksiyaları maliyyə naziri Stiven Mnuçin bu gün elan edəcək.

Daimi nümayəndə yeni sanksiyaları Suriyada Bəşər Əsəd rejiminin dəstəklənməsi ilə əlaqələndirir.

Xatırladaq ki, aprelin 14-də Böyük Britaniya, ABŞ və Fransa Suriyaya 100-dən artıq raket zərbəsi endirib. Raketlərin əksəriyyəti Suriya tərəfindən dəf edilib.

Gununsesi.info