Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək lazımdır: - Zelenski müttəfiqlərinə səsləndi...

Ukrayna rəsmiləri verilən açıqlamada Rusiyanın gecə boyu 96 dron və idarə olunan raketlə Ukraynaya hücum etdiyini bildiriblər.

Gununsesi.info xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı raketlə birlikdə 66 dron məhv edilib. Daha 27 dronun müxtəlif ərazilərdə “itirildiyi”, bir pilotsuz təyyarənin Belarusun hava məkanına uçduğu bildirilib.

Hələlik ölən və yaralananlar barədə məlumat verilməyib.

O cümlədən Zelenski Ukraynanın son bir həftə ərzində Rusiya tərəfindən 900-ə yaxın idarə olunan bomba, 500 dron və 30 raketlə hücuma məruz qaldığını bildirib.

Zelenski həmçinin Ukraynanın müttəfiqlərini “təhlükəsizliyimiz üçün uzaqmənzilli qabiliyyətin təmin edilməsinə” çağıraraq “dünyadan kifayət qədər dəstək alsaydıq, bu hücumlar mümkün olmazdı”,-deyə bildirib.

Bildiririk ki, Kyiev hələ də Qərb tərəfdaşlarından Şimali Koreya qoşunlarının təlim keçdiyi düşərgələrə qabaqlayıcı zərbələr endirmək də daxil olmaqla, Rusiya ərazisindəki hədəfləri vurmaq üçün təqdim etdikləri uzaqmənzilli silahlardan istifadə etməklə bağlı təkrar müraciətlərinə cavab gözləyir.

Ukrayna prezidenti Zelenski həmçinin tərəfdaşları “Rusiyanın dron və raket istehsalı üçün vacib komponentləri idxal etməsinin qarşısını almaq üçün təsirli sanksiyalar tətbiq etməyə” çağırıb.

Bu çağırış onun Ukraynaya oktyabr ayında 2000-dən dron və “hələ də Qərb komponentlərindən istifadə edilən” raketlər tərəfindən hücum edildiyini bildirdiyi müraciətindən sonra edilib.

Zelenski onu da vurğulayaraq deyib ki, sanksiyalardan yayınmanın qarşısını almaq üçün ixracata daha sərt nəzarətə ehtiyac var.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bazar günü gecə ölkənin üç rayonunda Ukraynanın 19 dronunun – Rostov vilayətində 16, Belqorod vilayətində 2 və Volqoqrad vilayətində bir dronun vurulduğunu bildirib.Qubernator Vyaçeslav Qladkovun bildirdiyinə görə, bazar günü Belqorod vilayətində Ukraynaya məxsus dron hücumu nəticəsində bir nəfər ölüb.

Gununsesi.info