Rusiyayönümlü bloger Mika Badalyan və “Sputnik Armenia” radiosunun şərhçisi Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıb.
Gununsesi.info xarici KİV-ə istinadən istinadən xəbər verir ki, hazırda saxlanılan şəxslərin İstintaq Komitəsində olduğu bildirilib.
Onlar odlu silahın, onun əsas komponentlərinin, döyüş sursatı və digər materialların, cihazların, əşyaların qanunsuz dövriyyəsi (Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci bəndi) maddəsi ilə ittiham olunurlar.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.