Ruslan Əliyev Lənkəran RQİİ-nin 14 əməkdaşını təltif etdi - FOTOLAR

  • By admin
  • 11 Aprel 2023 15:13

Ruslan Əliyev Lənkəran RQİİ-nin xidmət sahələrində çalışan 14 əməkdaşını Fəxri Fərman və hədiyyə ilə təltif edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib:

“Əziz dostlar!
Lənkəran şəhərinə səfərimiz zamanı Regional İdarənin əməkdaşları ilə görüşümüz baş tutdu.

Görüş zamanı Lənkəran RQİİ-nin xidmət sahələrində çalışan 14 əməkdaşımız tərəfimizdən Fəxri Fərman və hədiyyə ilə təltif olundu.

Onları təbrik edir, işlərində uğurlar arzulayıram”.

Gununsesi.info