Ruslan Əliyev Masallı sakinləri ilə görüşəcək

  • By admin
  • 24 Aprel 2022 11:14

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək. 

Bu barədə Publika.az-a Birlikdən məlumat verilib.

Bildirilir ki, aprelin 25-də saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı sakinlərin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Gununsesi.info