Ruslan Əliyev Quba sakinlərini qəbul edib – FOTOLAR

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Quba rayonunda vətəndaşlarla görüş keçirib. Qəbulda Birlik rəhbəri ilə yanaşı, Xaçmaz Regional qaz istismarı İdarəsinin (Xaçmaz RQİİ), Quba xidmət sahəsinin rəhbər şəxsləri də iştirak ediblər. Görüşdə Xaçmaz RQİİ-nin xidmət sahələrindən olan vətəndaşların problem və təklifləri dinlənilib.
Vətəndaşlar görüş zamanı Quba rayonunun Yalavanc, Bağçalı, Zərqava, Davudoba, Səbətlər, İdrisiqışlaq, İqriq və digər kəndlərin qazlaşdırılmasını Birlik rəhbərindən xahiş ediblər. Bundan əlavə qəbul zamanı fərdi qazlaşma, yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub.
SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev qəbula üz tutan 45-dək vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Xaçmaz Regional qaz istismarı İdarəsinin struktur rəhbərlərinə müvafiq tapşırıq verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Vətəndaşlar müraciətlərinə baxılması üçün onlara yaradılan şəraitə görə Birlik rəhbərinə təşəkkür ediblər.

Gununsesi.info