Ruslan Balbek: “Ukrayna BMT və ATƏT-dən çıxarılmalıdır”

  • By admin
  • 11 Avqust 2016 11:22

????????????????????????????????????

 

“Ukrayna  Krım ərazisindəki terror aktından sonra dərhal BMT və ATƏT üzvülüyündən kənarlaşdırılmalıydı”.

Gununsüsi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda  Krım hökümətinin baş nazirinin müavini  Ruslan Balbek bəyanatında bildirib.

R.Balbek hesab edir ki, bu cür nüfuzlu beynəlxalq təşkilatlarda Ukrayna kimi terrorçu bir ölkənin yeri olmamalıdır.  Onun sözlərinə görə FTB Krımda diversiyanı inkar edir, Kreml rəsmi Kiyevi terrorla çevrilişdə günahlandırır: “ Biz  bütün sivil dövlətlərə səslənirik ki, eyni mövqedən çıxış edib Ukraynanı təkcə mühakinmə etməsinlər, eyni zamanda  BMT və ATƏT-in tərkibindən çıxarılmasına səs versinlər. Bununla da Kiyev hakimiyyətinin  dinc əhaliyə qarşı etdiyi  aqressiyaya son qoyular”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info