Ruslan Əliyev niyə linç edilmədi?

  • By admin
  • 13 Mart 2024 12:16

Çoxsaylı hüquqi, sosial və digər problemlərin yaşandığı Azərbaycan cəmiyyətində hansısa yüksək vəzifəli şəxsin öz postunu itirməsi həmin şəxs haqqında sosial şəbəkələrdə və mediada ən sərt formada tənqidlərin, ittihamların şahidi oluruq. 

Dərhal bu məmurun ucaltdığı villalar, aldığı obyektlərin sayı sıralanır və ona qarşı ictimai nifrət bütün cəmiyyəti əhatə edir.

Bu, Azərbaycan reallığıdır.

Ancaq iki gün əvvəl baş verən bir olay , bunun əksini göstərdir. Söhbət, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tutduğu postdan kənarlaşdırılmasından gedir.

Onun vəzifəsini istirməsi sosial şəbəkələrdə əks effekt verdi. Hətta bu qərarın SOCAR əleyhinə bumeranqa çevrilməsinin də şahidi olduq.

Ruslan Əliyevi hər kəs facebook üzərindən tanıdı və bir məmur kimi ona hörmət bəslədi.

Olduqca təvazökar olan bu məmur suktanın 24 saatını insanları sosial şəbəkə üzərindən dinlədi, şəxslən problemlərinə köməklik etdi. Buna görə də ona sadə xalq arasında xüsusi simpatiya da yaranmışdı.

Azərbaycanın ən ucqar kəndindən belə adi sayğac problemi olan abonent çəkinmədən Ruslan Əliyevə yazırdı.

Onun sadə vətəndaşla kommunikasiyaya açıq olması tabeçiliyində çalışan digər rəhbər şəxslərin də üzərinıə məsuliyyət qoymuşdu.

Hətta həftənin istirahət və bayram günlərində belə həmin şəxslər  “Onsuz da Ruslan müəllim xəbər tutacaq, abonentin problemini həll etməliyəm” deyə bunu vəzifə borcu kimi özlərinə qəbul etmişdi.

Ruslan Əliyev davamlı sosial şəbəkələr üzərindən canlı yayımlar açaraq,insanların suallarını cavablandırıb, problemlərini həll edirdi.

Ruslan Əliyevin doğum günü onun vəzifədən azad edilməsi dövrünə təsadüf etdiyindən haqqında minlərlə insan xoş sözlər yazıb, uğurlar diləməklə yanaşı onun gedişinə üzüldüklərini də açıq ifadə edirdi.

Demək, istənilən vəzifəli şəxs Ruslan Əliyev kimi ola bilər.

Bunun üçün isə tamahına güc gəlmək, xalqa açıq olmaq lazımdır.

Məhz buna görə digər məmurlardan fərqli olaraq, Ruslan Əliyev linç edilənlərdən olmadı.

 

Pərviz Həşimli

Gununsesi.info