“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə “Azərenerji” ASC-də vəzifə verilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı R.Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin imzaladığı əmrə əsasən, Ruslan Əliyev qurumun departament direktoru təyin edilib.
Xatırladaq ki, R.Əliyev martın 11-də SOCAR prezidenti Rövşən Nəcəfin əmri ilə “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilib.
Gununsesi.info