Bizə çətin də olsa da, Belarus Rusiya nefti olmadan da yaşaya bilər.
Gununsesi.info xəbər verir ki, bunu xarici və yerli jurnalistlərlə görüşü zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenko deyib ki, bu nə qədər çətin olsa da, Belarusun müstəqilliyinin qorunmasının qiyməti pulla ölçülmür:
“Əgər bir əldə müstəqillikdirsə, digərində Rusiya, Amerika, İran, Azərbaycan nefti olsun. Bizim tarixi keçmişimiz neftdən bahadır. Ancaq təəssüflər olsun ki, Rusiya bunu başa düşmür”.
Lukaşenko onu da əlavə edib ki, Rusiya Belarusun Qərbə gedəcəyindən ehtiyatlanır:
“Bəzi rus mediası Belarusun xarici siaysət idarəsinin həyata keçirdiyi siyasəti tənqid edir, ancaq onlar bilmir ki, ölkə başçısının razılığı olmadan bu şəxs nə Brüsseldə, nə Berlində, nə də Vaşinqtonda danışıqlar apara bilər. Rusiyada onu başa düşməlidirlər ki, məni bu vəziyyətə dostum Putin itələdi. Belarus sanksiyalarla üzləşəndə Putin dedi ki, qərbli həmkarlarınla normal əlaqələr qur. Belarusa sanksiyalar ləğv edildikdən sonra, Qərblə münasibətlərimiz inkişaf edir, ancaq bu əməkdaşlıq Rusiyaya qarşı deyil”.
Gununsesi.info