Ruslar Dağlıq Qarabağa əlavə hərbçilər göndərib – Video

  • By admin
  • 23 Noyabr 2020 13:29

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib.

Gununsesi.org xəbər verir ki, “RİA Novosti” Telegram kanalı tərəfindən yerləşdirilən videoda Rusiya hərbçilərinin xüsusi xidmət itləri ilə birlikdə təyyarəyə mindiyi əks olunur.

Bildirilir ki, Rusiyanın Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiyasının An-124, Il-76 və Tu-154 təyyarələri Moskvanın yaxınlığındakı Çkalovski hava limanından Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssislərini, texnika və silahlarını, habelə xidməti itləri Dağlıq Qarabağda sülhməramlıların əməliyyat zonasında tapşırıqlarının yerinə yetirməsi üçün gətirilib.

Qeyd olunur ki, Yerevanın aerodromlarına 100-dən çox hərbi qulluqçu, 13 ədəd hərbi və xüsusi texnika, o cümlədən “Uran-6” robot minalardan təmizləmə kompleksləri, zirehli personal daşıyıcıları və zirehli texnikalar təhvil verilib.

Heyət və texnika Yerevan – Gorus – Xankəndi (Stepanakert) marşrutu boyunca yürüş edəcək və təyinat yerinə çatdıqdan sonra Qarabağ bölgəsində münaqişə zamanı ən çox təsirlənmiş ərazilərdə mühəndis kəşfiyyatı, minalardan təmizlənmə və partlayıcı maddələrin məhv edilməsinə başlayacaqlar. (Virtualaz.org)

Gununsesi.org