Ruslar Donetski vurdu: Ölən və yaralılar var

  • By admin
  • 23 Oktyabr 2022 10:00

Rusiya ordusu yenidən Donetski atəşə tutub.

Gununsesi.info xəbər verir ki, hücum nəticəsində 2 mülki şəxs həlak olub, 9 nəfər isə ağır yaralanıb.

Məlumata görə, bir mülki vətəndaş Kleşçievkada, digəri isə Torskoyda ölüb.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olmuş 4 mülki şəxsin meyitini tapıblar.

Gununsesi.info