Ruslar Lvovu da raketlə vurdular

  • By admin
  • 18 Aprel 2022 10:33

Bu gün səhər saatlarında Rusiya silahlı qüvvələri Ukraynanın Lvov şəhərinə bir neçə raket hücumu həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə KİV-ə Lvov meri Andrey Sadovı bildirib.
Səhər saat 7:44-də bölgədə hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib. İlkin məlumata görə, Rusiya hərbçiləri Lvova beş raket zərbəsi endirib.

Zərbələrin nəticələri və hücum nəticəsində mümkün qurbanlar hələ açıqlanmayıb.

Gununsesi.info