Ruslar Moskvada Azərbaycan dilini öyrənir

  • By admin
  • 17 Sentyabr 2016 19:47

ca5a504937a9111e2b7cacb424deaa2f

 

Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və İnkişaf Fondu “bazar günü məktəbləri” fəaliyyətinə başlayıb. Bu barədə Gununsesi.info-ya fondun direktoru Şamil Tağıyev məlumat verib. O bildirib ki, məktəbdə Azərbaycan dili, ədəbiyyatı, tarixi, fəlsəfə, ərəb, rus dilləri tədris ediləcək. Məktəbdə tədris pulsuz olacaq.

Artıq məktəbdə oxumaq istəyən 250 nəfər qeydiyyatdan keçib. Onların əksəriyyətinin Rusiya vətəndaşı olması diqqəti cəlb edir. Rusiya vətəndaşları əsasən Azərbaycan dilini öyrənməyə həvəs göstərirlər.

 

 

Gununsesi.info