Ruslar Odessa-Bosfor dəniz yolunu minalayıb- KLİMENKO

  • By admin
  • 19 Mart 2022 15:07

Rus işğalçıları Bosfor boğazından Odessaya gedən yolu minalayıblar və özləri yalandan deyirlər ki, bunlar Ukrayna minalarıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Qara dəniz Strateji Araşdırmalar İnstitutunun rəhbəri Andrey Klimenko deyib.

“Dünən Soçi dəniz limanı ərazidəki gəmi rəhbərləri və kapitanlarına Qara dənizin Ukrayna donanması tərəfindən minalanması təhlükəsi ilə bağlı xəbərdarlıqlar göndərib. Xəbərdarlıq Soçi dəniz limanının kapitanı Vyaçeslav Rumyantsev tərəfindən imzalanıb”, – Klimenko bildirib.

Onun sözlərinə görə, xəbərdarlığın məqsədi Qara dənizdə ticarət gəmilərinin hərəkətinə mane olmaqdır:

“NATO-nun mina gəmiləri Qara dənizə girməlidir. Xüsusilə qeyd edirəm: söhbət Rusiya Qara dəniz Donanması tərəfindən Odessadan Bosfor boğazına gedən yolun minalanmasından gedir”.

Gununsesi.info