Ruslar ölkədən belə qaçır - VİDEO

  • By admin
  • 22 Sentyabr 2022 14:43

Ötən gün Rusiyada Prezident Vladimir Putin tərəfindən elan edilən qismən səfərbərliyin ardından ruslar ölkədən qaçmağa başlayıb.

Gununsesi.info xəbər verir ki, bu dəqiqələrdə yüzlərlə Rusiya dövlət nömrə nişanlı avtomobil “Yuxarı Lars” sərhəd keçid məntəqəsində Gürcüstana keçməyə calışır.

Rusiya Gürcüstan sərhəd keçid məntəqəsindən sosial şəbəkədə paylaşılan görüntülərdə yüzlərlə Rusiya vətəndaşının sərhəddə keçid üçün gözlədiyi və avtomobillərin növbəyə düzüldüyü görülüb.

Videolardan birində danışan Rusiya vətəndaşı deyib ki, sabah daha da sıxlıq ola bilər:

“Çox ehtimal ki, sabah burada çox ciddi növbə olacaq”.

Gununsesi.info