Ruslar səhər saatlarında Zaporojyeyə HÜCUM ETDİLƏR

  • By admin
  • 02 Oktyabr 2022 09:09

Bazar günü səhər saatlarında rus qoşunları Zaporojye və ətraf ərazilərə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Zaporojye vilayətinin rəhbəri Oleksandr Starux məlumat verib.

“Düşmən rayon mərkəzinə və yaxın ətrafa hücum edib. Qurbanlar və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir”, – o deyib.

Starux vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etməyə və hava hücumu siqnallarına məhəl qoymamağa çağırılıb.

O qeyd edib ki, təkrar hücumlar riski var.

Gununsesi.info