Ruslar Türkiyənin Hava Hücumundan Müdafiə sistemini quracaq

  • By admin
  • 13 Avqust 2016 11:45

hava

Ruslar Türkiyənin Hava Hücumundan Müdafiə sistemi layihəsini reallaşdırmaq niyyətindədir.

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bu məsələ ilə bağlı maraqlanıb.

Gununsesi.info xəbər verir ki, bunu açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə sisteminin Çindən alınmas ilə bağlı danışıqlar gediridi və razılşama əldə olunmuşdu.
Qeyd edək ki, NATO, xüsusən də ABŞ buna ciddi etirazını bildirdi.
Bu məsləyə mövqeyini açıqlayan M.Çavuşoğlu deyib ki, Türkiyə terror təhlükəsi altında olduğu bir zamanda nə etməliyik: “Bir yandan İŞİD, PKK  terrorçuları hücum edir, Suriyadan təhdidlər var. Bu qədər təhdidə rəğmən NATO-nun bu təhlükələrə qarşı hər hansı qərarı yoxdur.Bununla belə Almaniya və bəzi Avropa ölkələri Türkiyədki qüvvələrini geri çəkdilər. Xüsusən də terrorun tüğyan etdiyi, təhdidin artığı bir  zamanda geri çəkildilər”.
Onu da əlavə edək ki, Türk Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə sisteminin alınması ilə bağlı aparlan danışıqlarda ilk yeri Çinin CPMIEC, ikinci yeri ABŞ-ın Raytheon, Avropanın EUROSAM üçüncü, Rusyanın Rosoboronexport şirkəti dördüncü yerdə dayanırdı. O zaman Rusiya şirkəti sonuncu olduğundan onunla danışıqlar dayandırldı.
Danışıqlar, ABŞ, Çin və Avropa ilə davam etdirildi.
Son nəticəsə Çin firması ilə razılaşma əldə olunaraq təkliflər masaya qoyuldu.
Türkiyənin Çinlə aparılan danışıqları NATO ölkələrini narahat etdi və Çinlə danışıqlar nəticəsiz qaldı.
Mürtəza 
Gununsesi.info