Ruslar Ukraynada bundan çəkinir - İDDİA

  • By admin
  • 26 Mart 2022 14:25

“Rusiya qüvvələri Ukrayna Ordusu ilə şəhər döyüşlərində üz-üzə gəlməkdən çəkinir”. 

Gununsesi.info “BBC”yə istinadla  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin tviter hesabında qeyd olunub.

Bildirilir ki, Rusiya Ukraynanın bir sıra iri şəhərlərini, o cümlədən Xarkov, Çerniqov və Mariupolu mühasirəyə almaqda davam edir:

“Rusiya qüvvələri geniş miqyaslı şəhər piyada döyüşlərində iştirak etməkdən çəkinir, əksinə, müdafiə qüvvələrini ruhdan salmaq məqsədilə şəhərləri obyektlər arasında fərq qoymadan artilleriya və hava hücumuna məruz qoyurlar. Çox güman ki, Rusiya dinc sakinlərin ölümü bahasına onsuz da əhəmiyyətli sayda olan itkilərini məhdudlaşdırmaq üçün şəhər ərazilərində ağır artilleriya atəşinə davam edəcək”.

Gununsesi.info