Ruslar ukraynalılara bu şərtləri qoydular

  • By admin
  • 03 Mart 2022 09:49

Rusiya hərbçiləri Xerson Şəhər Şurasına gələrək qanuni şəhər hakimiyyətinin nümayəndələri ilə söhbət ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə şəhər meri İqor Kolıxayev “Facebook”da məlumat paylaşıb.

Onun sözlərinə görə, ruslara Rusiya işğalının nəticələri – meyitlərin toplanması və dəfni, ərzaq və dərmanların çatdırılması, tullantıların yığılması, qəzaların aradan qaldırılması və digər problemlər bildirilib.

“Bununla yanaşı ruslar bəzi şərtlər irəli sürüblər. Həmin şərtlər aşağıdakılardır:

Şəhərə yalnız gün ərzində gedə bilərsiniz;

saat 20:00-dan 06:00-a qədər komendant saatına ciddi əməl olunmalıdır;

şəhərə ancaq ərzaq, dərman və başqa əşyalar olan avtomobillər girə bilər;

Çörək, mağaza və aptek işçilərinin işə getməsi üçün şəhərdə ictimai nəqliyyat işə salınır;

Hələlik, indiyə qədər Ukrayna bayrağı üstümüzdədir və onun eyni qalması üçün bu tələblərə əməl edilməlidir. Mən hələ başqa heç nə təklif edə bilmərəm”, – deyə o mer vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl rus hərbçiləri Xersondakı yerli limanı və dəmiryol vağzalını ələ keçirib.

Gununsesi.info