Rusiya hazırda Ukrayna ərazisinin 20 faizini işğal edib.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Lüksemburq parlamentində videoformatda çıxışında deyib.
O bildirib ki, hazırda cəbhə xətti 1000 kilometrdən çoxdur: “Demək olar ki, bütün Rusiya ordusuna qarşı özümüzü müdafiə etməliyik. Bu təcavüzdə Rusiyanın döyüşə hazır bütün hərbi birləşmələri iştirak edir”, – Ukrayna lideri qeyd edib.
Zelenskinin sözlərinə görə, Ukraynanın şərqində hər gün 100 ukraynalı ölür, 450-500 nəfər isə yaralanır.
Gununsesi.info