“Ruslar və ukraynalılar belaruslara həsəd aparır” - LUKAŞENKO

  • By admin
  • 03 İyul 2020 14:13

Belarusda həyatın sakit və təhlükəsiz olduğuna görə ruslar və ukraynalılar belaruslara həsəd aparır.

Gununsesi.org xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Müstəqillik Gününə həsr olunmuş təntənəli yığıncaqda çıxış edərkən deyib:

“Əsas odur ki, biz müharibələrin qarşısını aldıq, təhlükəsiz və sakit bir ölkədə yaşayırıq. Burada körpəsi olan hər kəs günün istənilən vaxtı küçəyə rahat çıxa bilər. Başqa ölkələrdən olan insanlar – qardaşlarımız ruslar, ukraynalılar bizə həsəd aparır”.

Lukaşenko xatırladıb ki, yaxın vaxtlarda Belarusda prezident seçkiləri keçiriləcək: “Mən artıq işləmişəm, bu prezident payından artıq doymuşam”.

 

 

 

Gununsesi.org