İyunun 21-də Xarkovun atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Gununsesi.info bildirir ki, bu barədə Xarkov Regional Şurası sədrinin müşaviri Natalya Popova Facebook-da məlumat verib.
“Rusların Xarkovu atəşə tutması nəticəsində indi: 10 nəfər yaralanıb, 4 nəfər həlak olub”, – o deyib.
Popovanın sözlərinə görə, ölənlər arasında bir uşaq da var.
Xarkov vilayətinin Polis İstintaq İdarəsinin rəisi Sergey Bolvinov isə bildirib ki, iyunun 21-də günorta saatlarında Xarkovun atəşə tutulması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
“Rusiya hərbçiləri Sənaye Məhəlləsini atəşə tutub. Ticarət və yaşayış binaları atəşə tutulub. O ərazidə bir dənə də olsun hərbi obyekt yoxdur. Atəş “Uraqan” YARS-dan açılıb.
UNİAN-ın verdiyi məlumata görə, bu gün, iyunun 21-də işğalçılar Xarkov şəhərinin yaşayış məntəqəsini növbəti dəfə atəşə tutublar. Atışma Sənaye Məhəlləsində qeydə alınıb, daha əvvəl 7 yaralı və bir ölü barədə məlumat verilmişdi.
Bir gün əvvəl Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Xarkovdakı vəziyyətlə bağlı məyusedici proqnoz verərək, Xarkov sakinlərinə şəhərin atəşə tutulmasından sonra şəhəri tərk etməyi və uşaqlarını çıxarmağı tövsiyə edib.
Gununsesi.info