Ruslar Xersonu işıqsız qoydu

Kiyevin nəzarətində olan Xersonun mərkəzində bəzi istehlakçılar kritik infrastruktur obyektinin zədələnməsi səbəbindən elektrik enerjisi təchizatından məhrum olublar.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə yerli şəhər administrasiyasının rəhbəri Roman Mroçko məlumat verib.
O, Telegram kanalında yazıb: “Bu gün şəhərin mərkəzi hissəsində mühüm infrastruktur obyekti zədələnib. Bəzi istehlakçılar üçün elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb”.
Gununsesi.info