Ruslar yaşayış binalarını vurdu: Ölən və yaralılar var

Rusiya Ukraynanın şərqindəki Kostiantinivka şəhərində yaşayış binalarına zərbə endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Donetsk qubernatoru Pavlo Kırilenko bildirib.

HTML tutorial

O qeyd edib ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 14 nəfər yaralanıb. Dörd yaşayış binası və bir otelə ziyan dəyib.

“Xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları insanlara kömək etmək və rus işğalçılarının daha bir cinayətini diqqətlə sənədləşdirmək üçün hadisə yerində işləyirlər”, – Kırilenko “Telegram” kanalında yazıb.

Gununsesi.info