Ruslara havadan SARSIDICI ZƏRBƏ

  • By admin
  • 21 Mart 2022 10:29

“Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Rusiyanın 7 hava hədəfini məhv edib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusuna məxsus 1 qırıcı, 4 PUA və 2 qanadlı raket zərərsizləşdirilib: “Ukrayna ordusunun bombardmançı və hücum aviasiyası düşmənin texnikasına və canlı qüvvələrinə dağıdıcı zərbə endirib. Təcavüzkar müvəqqəti işğal altında olan ərazilərdə yerli əhaliyə qarşı terror və talanları davam etdirir. Onlar məişət və avtomobil texnikalarını, ərzaq və başqa malları Rusiyaya daşıyırlar”.

Məlumatda vurğulanıb ki, ruslar müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərində məcburi səfərbərlik tədbirlərini həyata keçirməkdə davam edirlər:

“Ukrayna Silahlı Qüvvələri müdafiə qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək bütün istiqamətlərdə işğalçıya layiqli cavab verir. Düşmənin təchizat karvanlarının dağıdılması da davam edir”.

Gununsesi.info