Rusların 7 təyyarəsi VURULDU - Ukrayna İTKİLƏRİ AÇIQLADI

  • By admin
  • 24 Mart 2022 10:41

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın itkilərilə bağlı son məlumatı açıqlayıb.

Gununsesi.info xəbər verir ki, müharibənin 29-cu günü  Rusiyanın 7 hərbi təyyarəsi, 1 helikopteri, 1 pilotsuz uçuş aparatı, 2 raketini məhv edilib.

Məlumatda qeyd edilib ki, Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib: ” Qoşun qruplarımız rusların qarşısını alır, ərazi müdafiə tapşırıqlarını yerinə yetirir. Rus təyyarələri havadan zərbələr endirməyə davam edir. Son 24 saatda 250-dən çox təyyarə uçuşu qeydə alınıb. Onların əsas hədəfləri Kiyev, Çerniqov və Xarkov vilayətlərindəki hərbi və mülki obyektlərdir”.

Gununsesi.info