Rusiyadan Türkiyəyə çarter reysləri bərpa olunandan sonra rus turistlərin Antalya kurort bölgəsinə axını xeyli artıb.
Gununsesi.info-nun DHA agentliyinə istinadən verdiyi məlumata görə, son 3 ay ərzində Antalyaya 432 min Rusiya vətəndaşı səfər edib.
Cari ilin ilk səkkiz ayında isə bu göstərici təqribən 20 min nəfər olub.
Qeyd edək ki, 2015-ci ilin noyabrında rusiyalı pilotun vurulmasından sonra iki ölkənin münasibətləri pisləşmiş, o cümlədən çarter aviadaşımaları dayandırılmışdı.
Gununsesi.info