Rusların hücumu nəticəsində Ukraynada ölən uşaqların sayı açıqlandı

  • By admin
  • 07 Mart 2022 09:05

Rusiya silahlı qüvvələrinin Ukraynaya hücumu nəticəsində 38 uşaq ölüb, 71-i isə yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat yayıb.

Onun sözlərinə görə, bu məlumatlar yekun deyil, çünki indi Mariupol, Donetsk vilayəti, eləcə də Mariupol şəhərində ölən və yaralanan sakinlərinin sayını müəyyən etmək mümkün deyil.

Lyudmila Denisovanın sözlərinə görə, son 24 saat ərzində rusların Mariupolu atəşə tutması nəticəsində bir yaş yarımlıq uşaq həlak olub. Kiyev vilayətinin Buça şəhərində ağır yaralanan iki uşaq tibbi yardım ala bilmədiyi üçün dünyasını dəyişib.

Gununsesi.info