Rusların Xəzərdə təhlükəli hərbi təlimi

  • By admin
  • 21 İyul 2017 10:56
1472623490
Rusların Xəzər dənizindəki donanmasının  dəniz piyada qoşunları  hərbi təlimlər zmanaı paraşutlardan tullanma və hədəfləri necə ələ keçirməklə bağlı təlimlər keçib.
Gununsesi.info xəbər verir ki,  bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin  Cənub dairəsinin mətbut xidmətinin rəisi, polkovnik Vadim Astafyev deyib.
Onun sözlərinə görə, daniş piyada qoşunları ilk dəfə olaraq 1300 metr yüksəklikdən paraşutdan tullanıblar.
“ Təlimlər çərçivəsində mobilizasiya edilən  desant-hücum rotasının təlimləri zamanı ilk dəfə  dəniz piyadaçıları 1300 metr  hündürlükdən tullanma hərəkətlərini həyata keçiriblər. Desantçılar və hərbçilər bu hərəkətləri AN-26 təyyarəsi və Mİ-8 vertolyotlarından  tam döyüş hazırlığı səviyyəsində  600 metrdən 1500 metr yüksəklik səviyyəsində tullanmaqla icra  ediblər”- deyə, V. Astafyev bildirib.
O deyib ki, mobilizasiyada  200-dən artıq desatn-şturman iştirak edib.  Onlar təlimlərdə havadən hədəfə atəş açmaq və müasir silahlardan istifadə qaydalarını öyrəniblər.
Gununsesi.info