Ruslarla bağlı ŞOK TƏKLİF: Avropanın qapıları üzlərinə bağlana bilər – FOTO

  • By admin
  • 19 Aprel 2021 09:41

Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves Rusiya vətəndaşlarının Avropa Birliyi ölkələrinə daxil olmasının qadağan edilməsini təklif edib.

Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə siyasətçi özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, qadağa müvəqqəti xarakter daşımalıdır. Rusiyalılara verilmiş vizalar dondurulmalı, yalnız fövqəladə hallar istisna edilməlidir.

Eks-prezidentin sözlərinə görə, hazırda Rusiya öz davranışları ilə Avropanın təhlükəsizliyini təhdid edir.

Qeyd edək ki, Toomas Hendrik İlves 2006-2016-cı illərdə Estoniya prezidenti olub.