Avropa Birliyi Rusiyaya qarşı sanksiya müddətini rəsmi olaraq daha altı ay müddətinə uzatdı.
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, Avropa Birliyi 2017-ci ilin mart ayınadək Rusiyanın və Ukraynanın fiziki və hüquqi şəxslərinə qarşı şəxsi qaydada tətbiq etdiyi sanksiya müddətini uzadıb. Avropa Birliyi 146 Rusiya vətəndaşına və 37 şirkətə qarşı sanksiya tətbiq edib. Sanksiyaya əsasən fiziki və hüquqi şəxslər AB ölkələrinə səfər edə bilməzlər.
Həmən siyahıya əsasən krımın ba naziri Sergey Aksenov, sevastopolun meri Aleksey Çalıy, Krımın baş nazirinin müavini Rustan Temirqaliyev, Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko, Rusiya baş nazirinin müavini Dmitriy Roqozin, senator Andrey Klişas, Dövlət Dumasının deputatları Yelena Mizulina, Leonid Slutskiy və digərləri daxildir. Sanksiya Rusiyanın Ukraynaya qarşı işğalsiysətidir.
Gununsesi.info