Rüstəm Behrudi incidi və AYB-dən getdi: "YB üzvü olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm"

  • By admin
  • 13 Sentyabr 2016 17:23

rustam

“Mən az qala 30 ilə yaxındir ki,əvvəllər SSRİ Yazıçılar İttifaqının,sonradan Azərbaycan Yazıçılar birliyinin üzvü oldum. Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı”.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, bunu tanınmış şair Rüstəm Behrudi öz “Facebook” səhifəsində paylaşdığı statusunda qey edib.

Ancaq indi baxıb görürəm ki, bu uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan YB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində adımı çəkməyib.

Niyə?

Görəsən, şerləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır?.Bir quruca təbrikə nə deyirsiniz,əfəndilər?

YB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm“-deyə, R. Behrusi statusunda daha sonra qeyd edib.

Gununsesi.info