Rüstəm İsmayılbəyli azadlığa buraxıldı

  • By admin
  • 15 Dekabr 2021 16:40

Bakıda keçirilən 1 dekabr aksiyası zamanı saxlanılmış ictimai fəal Rüstəm İsmayılbəyli azadlığa buraxılıb.

Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində R.İsmayılbəylinin şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin edib.

HTML tutorial

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinən Rüstəm İsmayılbəyliyə 30 sutka həbs cəzası verilmişdi.

Aksiya zamanı saxlanılan digər 4 nəfərdən İlham Hüseyn 30 sutka, Elçin Teymurov 25 sutka, Elxan Əliyev 20 sutka, Səyyad Quliyev 15 sutka inzibati həbs cəzası almışdı.

Gununsesi.info