Rüstəm Usubov Ağstafadakı qətliamdan danışdı

  • By admin
  • 20 İyun 2019 15:37

Baş prokurorun birinci müavini Rüstəm Usubov media nümayəndələri ilə söhbətində Ağstafada baş verən qətliam haqqında danışıb.

Gununsesi.org bildirir ki, baş prokurorun birinci müavini  Ağstafada 4 nəfərin qətlə yetirilməsi ilə bağlı da açıqlamsında  qeyd edib ki, ailələr arasında uzunmüddətli dava olub: “Vəzifəli şəxslər vaxtı ilə ailələrlə ciddi söhbətlər apararaq onları həmişə barışığa dəvət edib. O zaman buna nail olunmuşdu. Bunun nəticəsində verilən cəzaların müddəti azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur”.

Azərbaycanda namus və digər əsaslarla törədilən cinayətlərə də toxunan Usubov bildirib ki, bu yöndə təhlillər aparılır: “Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətləri ilə bağlı daim təhlillər aparılır. Bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir: “Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, bu qətllərin üstünün açılma faizi isə yüksəlir”.

Elmar

Gununsesi.org