Rüstəm Usubov və Oruc Zalov Şirvana gedib

  • By admin
  • 26 İyul 2016 17:20

prokuror

 

Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları partlayış baş verən Şirvan şəhərinə yola düşüb. Gununsesi.info-nun məlumatına görə, baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov və prokurorluğun daha bir neçə əməkdaşı hazırda partlayışın baş verdiyi Şirvan şəhərindədirlər. ə gedib. Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Eyni zamanda Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən partlayışla əlaqədar Şirvan şəhərinə gedib.

 

Gülnaz Qənbərli