Rüstəm Behrudinin yeni şeirlər kitabının təqdimatı olacaq

  • By admin
  • 16 Noyabr 2017 22:16

Azərbaycan şeir tarixinə yeni nəfəs gətirmiş Rüstəm Behrudi öz oxucularına yeni kitabını təqdim edəcək.

Gununsesi.info xəbər verir ki, “Şaman duasından dar ağacına” adlı şeirlər kitabının təqdimat mərasimi və imza günü 25 noyabr tarixində 28 May ünvanında yerləşən kitabevim.az mağazasının ofisində baş tutacaq. Tədbirdə ölkəmizin bir sıra ziyalıları iştirak edəcək.

Qeyd edək ki, ürəyi vətən eşqi ilə döyünən şair “Yaddaşlara yazın”, “Şaman duası” kitablarının müəllifidir.

Mövzu, ideya, forma və məzmunun mükəmməl vəhdətini tənzimləməyi bacaran müəllifin şeirləri türkdilli dövlətlərdə böyük maraqla qarşılanır, kitablarından seçmələr Türkiyə, İran, Avstriya, Almaniya, Belçika və s. kimi ölkələrdə çap olunur.

Nigar Cəfərli

Gununsesi.info