Rüstəm Rüstəmov və Bəhruz Nuriyev küçələrində təmirdən sonra avtonəqliyyatın hərəkəti bərpa olunur

  • By admin
  • 26 İyul 2016 16:57

avto-1

 

Sabah səhər saatlarından etibarən Qara Qarayev prospektinin Rüstəm Rüstəmov (Neftçilər metrosu) və Bəhruz Nuriyev (“Laçın” ticarət mərkəzi) küçələri arasında yerləşən hissəsində qısa müddətlik təmir işlərindən sonra avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Azəravtoyol” ASC-dən bildirilib.

Qeyd olunur ki, sözügedən hissədə xırda təmir işləri davam etdiriləcək. Ancaq bu işlər avtonəqliyyat vasitələrinin hərəkətinə hərhansı bir ciddi maneə yaratmayacaq.

“Azəravtoyol” ASC sürücülərdən təmir işlərinin davam etməsi ilə əlaqədar olaraq həm orda çalışan yol işçilərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından diqqətli olmalarını və sözügedən ərazidə qoyulan müvəqqəti yol nişanlarına əməl etmələrini xahiş edir.

Gununsesi.info