Rüstəm Usubov vaxtilə onun ifadəsini alan müstəntiqdən qisas alıb

  • By admin
  • 17 Fevral 2023 09:03

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, nazirliyin şöbə rəisinin müavini olmuş, hazırda isə həbsdə olan Sahib Ələkbərov Bakı Apellyasiya Məhkəməsində Baş Prokururluğun sabiq rəhbərliyi haqqında  sensasion açıqlamalar verib.

Qeyd edək ki, özünə qarşı ittihamları rədd edən Sahib Ələkbərov bildirib ki, bütün addımları Baş Prokurorun birinci müavini Rüstəm Usubovun göstərişi ilə edib.

Həbsi zamanı Rüstəm Usubovun xüsusi qərəzinə tuş gəldiyini deyən Sahib Ələkbərov bunu Hacı Məmmədovun cinayət işinin istintaqı ilə  əsaslandırıb.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, MTN-nin keçirdiyi məşhur “qara kəmər” əməliyyatı zamanı Rüstəm Usubovun da ifadəsi alınıb.

Həmin zaman Usubovun ifadəsini isə MTN müstəntiqi Sahib Ələkbərov alıb.  Görünür, bunu yaddaşına həsr edən Rüstəm Usubov “MTN İşi” üzrə istintaqda Sahib Ələkbərovu cəzalandırmaq niyyətinə düşüb.

 

Elmar Elnuroğlu
Gununsesi.info