Rüşvətə görə həbs olunan DSMF-nin vəzifəli şəxsi barəsində qərar verildi

  • By arzu
  • 11 May 2020 11:42

Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.

Gununsesi.org-un Demokrat.az-a istinadən xəbərinə görə, Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Pərviz İsgəndərovu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Pərviz İsgəndərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Pərviz İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Gununsesi.org