Rüşvət alan sabiq direktora hökm oxundu

Bakının Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədova hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

HTML tutorial

Qeyd edək ki, Ə.Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınır.

Gununsesi.info