Zambiyanın xarici işlər naziri Stenli Kakubo çinli iş adamından rüşvət alması iddialarına görə tutduğu vəzifədən istefa verib.
Gununsesi.info xəbər verir ki, çinli bir iş adamından pul aldığı görüntüləri mətbuatda əksini tapan Zambiyanın xarici işlər naziri Stenli Kakubo ailə şirkətinə məxsus alqı-satqı əməliyyatı ilə bağlı əsassız iddiaların irəli sürüldüyünü bildirib.
O, hökumətin bu vəziyyətdən təsirlənməməsi üçün vəzifəsindən getdiyini açıqlayıb.
Hökumət sözçüsü Clayson Hamasaka prezident Hakainde Hichilemanın Kakubonun istefasını qəbul etdiyini bildirib.
Zambiya Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu iddiaların araşdırılacağını açıqlayıb.
Görüntüləri rüşvət aldığı iddiası ilə ölkə mətbuatında paylaşılan Kakubo ötən il də oxşar ittihamlara məruz qalıb.
Gununsesi.info