Rüşvət alan və başqa ağır cinayətlər törədən MTN zabitləri məhkəməyə çöldən gedib-gəlir

  • By admin
  • 12 Sentyabr 2022 20:28

“Azərbaycan cəmiyyəti ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxslərinin hansı cinayətləri törətdiklərini yaxşı bilir. Onlar rüşvət almadan tutmuş ən ağır cinayətlər törədiblər. Amma bu gün onlardan bəziləri məhkəməsinə çöldən gedib-gəlir”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Osman Kazımov həmkarı Elçin Sadıqovun və jurnalist Əvəz Zeynallının rüşvət alma ittihamı ilə həbsinə münasibətində deyib.

Osman Kazımovun sözlərinə görə, hər iki şəxsin həbsi siyasi xarakterli olduğundan onlar dərhal azadlığa buraxılmaldır:

“Elçin Sadıqovun vəkil kimi peşə fəaliyyətinə aid sənədlərin götürülməsi isə ciddi qanunsuzluqdur”.

Mayis

Gununsesi.info