Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Bu barədə Gununsesi.info-ya V. Ələkbərovun vəkili Hafiz Ələsgərov məlumat verib. O bildirib ki, şikayətə yaxın vaxtlarda Bakı Apellyasiya məhkəməsində baxılacaq.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur.
V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin əlindən alınması barədə qərardad da çıxarıb.
Gununsesi.info