Rütbəsi əlindən alınan MTN polkovniki apellyasiya şikayəti verdi

  • By admin
  • 24 İyul 2017 16:40

vusal1

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə Gununsesi.info-ya V. Ələkbərovun vəkili Hafiz Ələsgərov məlumat verib. O bildirib ki, şikayətə yaxın vaxtlarda Bakı Apellyasiya məhkəməsində baxılacaq.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur.

V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin əlindən alınması barədə qərardad da çıxarıb.

Gununsesi.info