Rütubətli hava və gün işığının azlığı xroniki ağrıları kəskinləşdirir

  • By admin
  • 10 Sentyabr 2016 20:01

xasta

Mançester Universitetinin alimləri hava və xroniki ağrılar arasında həqiqətən də əlaqənin olub-olmadığını müəyyənləşdirmək qərarına gəliblər.

HTML tutorial

Gununsesi.info “healthvesti.com” saytına istinadla xəbər verir ki, tədqiqatda xroniki ağrılardan əziyyət çəkən 9 mindən çox insan iştirak edib. Həkimlərin xahişi ilə iştirakçılar məlumatları mobil telefonla çatdırıblar. Əldə olunan nəticələr günəşli günlərin sayı, yağıntıların səviyyəsi və ağrıların şiddətində dəyişikliklər arasında əlaqəni üzə çıxarıb.

Ekspertlər deyirlər ki, pis hava – yağış, xüsusilə günəş işığının azlığı xroniki ağrıları kəskinləşdirə bilər. Günəşli günlərin sayı fevral ayından aprelə doğru artdığı üçün insanların ağrılardan əziyyət çəkdiyi müddət xeyli azalır. Amma havanın rütubətli və daha az günəşli olduğu iyun ayında ağrılar yenidən artır.

Mütəxəssislər ümid edirlər ki, yaxın gələcəkdə bu informasiyadan gündəlik “ağrı proqnozları”nın hazırlanması üçün istifadə edilə bilər. Bunun sayəsində insanlar öz fəaliyyətlərini havaya əsasən planlaşdıra biləcəklər. Bundan əlavə, müvafiq biliklər tədqiqatçılara ağrıların müalicəsi üçün yeni metodlar yaratmağa imkan verəcək.

Gununsesi.info