Rza Zərraba görə həbs edilən bankir FTB agentləri tərəfindən sorğuda- VİDEO

Rza Zərraba görə həbs edilən bankir FTB agentləri tərəfindən sorğuda

İran əsilli iş adamı Rza Zərraba görə həbs olunan türkiyəli bankir Mehmet Hakan Atillanın 27 martda FTB tərəfindən həbs olunan kimi aparılan sorğusunun görüntüləri yayılıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, FTB agentləri Cenifer McReynolds və Scott Giessler sorğu-sualın əvvəlində özlərini tanıdıb, şəxsiyyət vəsiqələrini göstəriblər.

Kiçik bir otaqda M.H.Atillaya arayış verilib ki, onu R.Zərrab istintaqı ilə bağlı həbs ediblər. İngilis dilində başladığı danışığına türk dilində davam edərək, “Mənim Rza ilə heç bir şəxsi əlaqəm yoxdur. Bankın Rza ilə həyata keçirdiyi bəzi prosedurlar var. Mənim şəxsimlə bağlı bir mövzu deyil. Mənimlə bağlı olsa Amerikada nə işim var? Axmağa oxşayıram mən?” deyə reaksiya verib.

FTB agentləri isə əllərində Zərrabla aralarında keçən danışığın dinləmə qeydləri olduğunu deyir. Atilla sorğu zamanı bir məqamda “Əlinizdən gələni edin. Mən hökumət görəvlisiyəm. Bu səbəbdən də böyük ehtimalla bu məhkəməni təqib etməyi istəyəcəklər” deyib.

Gununsesi.info

COMMENTS