
İstanbul məhkəməsi hazırda ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabın Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı iddiasını rədd edib.
Gununsesi.info xəbər verir ki, R. Zərrab müxtəlif vaxtlarda K. Kılıçdaroğlunun onu təhqir etdiyi, iftira atdığını iddia edərək ona qarşı hər biri üzrə 100 min lirə təzminat istəməklə, 3 ayrı məhkəmə iddiası ilə çıxış edib.
Bu gün İstanbul 9-cu Hüquq Məhkəməsi K. Kılıçdaroğlunun hərəkətlərinin mənəvi təzminata səbəb olmadığını əsas gətirərək R. Zərrabın iddialarını əsassız sayıb.
Gununsesi.info