
ABŞ-da İran əsilli iş adamı Rza Zərrabın qardaşı Məhəmməd Zərraba qarşı ittiham irəli sürülüb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, o İran hökuməti və şirkətlərinin lehinə irimiqyaslı sövdələşmələr həyata keçirməkdə şübhəli bilinir.
Rza Zərrab martda ABŞ-ın Mayami şəhərində həbs olunub.
O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir. Bütün ittihamları rədd edən Rza Zərrabın işi üzrə məhkəmə 2017-ci il, yanvarın 23-ə planlaşdırılıb.
Gununsesi.info